Niftəliyev Babək - "Sənsiz keçən ömür"

Həsrətin hər zaman, yandırır məni,
İnana bilmirəm, heç yoxluğuna.
Həyatda səninlə xoşbəxt olarkən
Atıldıq bu ömrün tənha yoluna

Yağsa da üstümə dünyanın qəmi
Darıxıram sənsiz, ağlayıram səssiz
Bu dünya mənə kimsəsiz
Darıxıram sənsiz, ağlayıram səssiz
Bu dünya mənə kimsəsiz


Gedirəm qarşıda ömrün yolları
Sevgimi layiqli yaşamaq üçün
Tutmuşam yolumun sənsiz diyara
Mən sənin adını yaşatmaq üçün

Yaşadır son bahar, hərarətilə
İlk bahar- biz ona, çata bilmədik
İlləri aylara, ayları ilə
İlləri bu ömrə qata bilmədik.

İllərin həsrəti ürəyimdədir
Darıxıram sənsiz, ağlayıram səssiz,
Bu dünya mənə kimsəsiz
Darıxıram sənsiz, ağlayıram səssiz
Bu dünya mənə kimsəsiz

Gedirəm qarşıda ömrün yolları
Sevgimi layiqli yaşamaq üçün
Tutmuşam yolumun sənsiz diyara
Mən sənin adını yaşatmaq üçün