Полная версия этой страницы:
Flora Kərimova
kederli qozel
25.3.2009, 5:38

01. DUNYA KOHNE DUNYADI
02. NECE UNUDUM SENI
03. GAYIT ATDIMLAYAG BIZ GOSA GOSA
04. SHIRIN ARZULAR
05. AZIZIM
06. BAKI SABAHIN HEYIR
07. AGLAMASIN SAHLIM SOYUD
08. GOSHA MEZAR
09. ILK MEHEBBET
10. SENSIZ MEN NEYEM (ROMANS)
11. UNUDA BILSEM
12. YOXLUGUNU BILE - BILE
13. GUNESIM
14. OZUNLE APAR
15. NEYINE QEREK
16. ESHQIME SHAHID ZAMAN
17. BU QATARIN DALINCA BAHMA
18. NE QALMEZ OLDUN
19. BUNU SENDEN GOZLZMEZDIM
20. HAYAT SEN NE SHIRNSEN
21. AYRILIK OLMASAYDI
22. SEN UZAQ YASHIL ADA
23. QAYTAR ESHQIMI
24. SACLARIMA GUL DUZUN
25. ALDATMA MENI
26. QELBIMDESEN
27. HAYAT SENN NE QARIBASEN
28. OTUR ILER
29. UNUTMA
30. QARABAG
31. RUHUMUZ QOVUSHACAQ
32. XATIRE
33. BAYATILAR
34. BIR QERIBEM
35. BIR DAHA (DUET F. AGAYEV)
36. XAYENET
37. EY VAFASIZ
38. DARIXMISHAM (DUET N. QAFARZADE)
39. QARABAGDA NEYIM QALDI
40. SONUNCU DONGE
41. SEVGI HESRETI
42. MEHRIBAN INSANLAR
43. GECEKMISH MEHEBBET
44. IKIMIZIN YERINE (DUET M. BABAYEV)
45. MENIM DUYGULARIM
46. UMID
47. GECELER KECIR
48. INTIZAR
49. SENE MEN NEYLEDIM
50. KOCERI QUSHLAR
51. BIR PAYIZ AXSHAMI
52. NIYA
53. KEPENEK
54. SENSIZLEMISHEM
55. TOY OLSUN
56. DAYAN ZAMAN
57. SENSIZ KECHEN IL
58. QAYIT ANA
59. QERENFIL MESHELERI
60. BIR UREK BAGISHLA KI
61. NEGME OXUMAQ ISTEYIREM
62. YAR YOLLUNDA
63. BILMEZDIM
64. MEN SENI GORENDE
65. NARINC
66. ODU SONMEZ MEHEBBETIM
67. ARAZ BAYATILARI
68. APAR MENI
69. SENI DUSHUNDUM
70. UNUTMUSAN
71. ANA
72. SINA MENI
73. VEFESIZ
74. YAGMA YAGISH
75. HARDAN BILESEN
76. MENIM XAYALIMDA
77. GOZLE MENIM
78. SENINDIR - MENIMDIR
79. SESLE MENI
80. UREK SENE BAGLANIB
81. SHILTAQ QIZ
82. FIKIR ELEME
83. GOZLERIMDEN CHEKINME
84. NE BEXTIYARDIM
85. NEGME DOLU BIR UREYEM
86. MEN HEMISHE SENINLEYEM
87. HAMIDAN GOYCHEK
88. ANA
89. GORUSH
90. AG TUT
91. BEHANESIZ GET
92. DALQALAR
93. DUET ELLA-BIZE QISMETDIR
94. GOZEL VETEN-DUET SAMIR B
95. QEMLI DAYANMA
96. BU SEVGI HARDAN GELDI
скачатьскачатьскачатьскачатьскачатьскачатьскачатьскачать
kederli qozel
25.3.2009, 5:39
Əzizim
Dağ başında qar üstünə qar gələr,
Gileylənmək zirvələrə ar gələr
Hər nə geysəm vücuduma dar gələr
Bu darlığa dözmək olmur əzizim.
Əzəl gündən dünya yalan dünyadır,
Baha satan, ucuz alan dünyadır.
Arzularım nakam qalan dünyadır,
Dağılanı düzmək olmur əzizim.
Kaş ki, dünya zalımlığın ataydı
Qəlbm bir an istəyinə çataydı.
Yaşamağım göz yaşıdı, haraydı
Göz yaşına dözmək olmur əzizim.
kederli qozel
25.3.2009, 5:40
Bunu Səndən gözləməzdim
Ömür solar, arasından zaman sızar
Buludların arxasından duman sızar
Haqqı yerdə gözləməyə zamanım var
Elə bildim imansıza iman verdim...
Bəxş etdiyin həyat zindanmıdır?
Gülün yeri torpaqmıdır, güldanmıdır?
Yandırdığın, elə yanır, külü qalmır..
Nə yaxşı ki, yanmağıma güman verdin
Ulu tanrım, bunu Səndən gözləməzdim,
Varlığıma nə qəribə fərman verdin?..
Əhd eyləydim, niyə tutdun, çarə gəzdim..
Təzə dərdi köhnə dərdə dərman verdin..
İl dəyişdi, günə baxdım, aya baxdım
Bu gün,sabah
Güləcəkmiş bir də bəxtim...
Çırpındıqca,
suya baxdım göyə baxdım..
Kimi desən, yandırmağa..
Mənim kimi milyonuna zorun çata
Dünya dardır, at üstünə torun çatar,
Bəlkə səni görməyimə imkan verdin...
kederli qozel
25.3.2009, 5:41
Ey Vətən
Nəğmə dolu bir ürəyəm,
Torpağına baş əyərəm, ey Vətən.
Meşələrin çətirlidir,
Gül-çüçəyin ətirlidir, ey Vətən.
Çəməninə qonan şehdən,
Dağlarında əsən mehdən
Doya bilmirəm, doya bilmirəm, ey Vətən.
Bir anamdan, bir də səndən
Bu dünyada, bu dünyada
Doya bilmirəm, doya bilmirəm, ey Vətən.
Tarixlərdə adın olub
Ağ günlərin nəğmə dolu
Bir anasan məhəbbətli
Gözəllərin sədaqətli.
Çəməninə qonan şehdən,
Dağlarında əsən mehdən
Doya bilmirəm, doya bilmirəm, ey Vətən.
Bir anamdan, bir də səndən
Bu dünyada, bu dünyada
Doya bilmirəm, doya bilmirəm, ey Vətən.
kederli qozel
25.3.2009, 5:41
Görüş
Yadındamı bizim ilk görüşümüz?
O incə baxışın, o qaynar gözün.
Necə hədər oldu ötən ömrümüz,
O illərdən qalıb `sevirəm` sözü.
Sənin bir qızın var, mənim bir oğlum.
Adını qoymuşam öz övladıma.
Sizin tərəflərə düşəndə yolum,
Ötən illər bir-bir düşər yadıma.
Gözümün önünə gəldi yenidən,
Cavanlıq illəri, ilk səadətim.
Elə bil yuxudan ayıldım birdən,
Duydum ki, yaşayır ilk məhəbbətim.
Bu gün zəng elədim, yandım səsindən.
Dedin ki, `bağışla, keç günahımdan.`
Səndə nə günah var, nədən keçim mən?
Öz dönük bəxtimi bağışlamıram.
`Bağışla` söyləyən dilinlə bu gün,
Bir zaman qəlbimə dəymişdin, niyə?
Səni həmişəlik sevdiyim üçün,
Od vurdum ilk dəfə gördüyüm günə...
Gözümün önündən getmir heç yana.
Cavanlıq illəri, ilk səadətim.
Oğlumu çağırdım, qaçdı yanıma,
Yenə də mən sənin adını andım.
kederli qozel
25.3.2009, 5:42
Mən səni sevmişəm, səndən xəbərsiz
Dağların başına düşən qardır,
Dumandan xəbərsiz, çəndən xəbərsiz.
Sinəmi göynədən intizar dumanı,
Qəlbimdən xəbərsiz, məndən xəbərsiz.
Qırdım öz əhdimi mən bilə-bilə,
Haqqın var, yanımdan keç gülə-gülə,
Əriyim oduna, qoy, gilə-gilə,
Mən səni sevmişəm səndən xəbərsiz.
Mən səni sevmişəm səndən xəbərsiz.
Mən səni sevmişəm səndən xəbərsiz.
Gör, mənim qismətim mənə nələr verir,
Uzaq sahili də yaxın gələrmiş,
Sən demə, dağlar qar ələnərmiş,
Dumandan xəbərsiz, çəndən xəbərsiz.
Qırdım öz əhdimi mən bilə-bilə,
Haqqın var, yanımdan keç gülə-gülə,
Əriyim oduna, qoy, gilə-gilə,
Mən səni sevmişəm səndən xəbərsiz.
Mən səni sevmişəm səndən xəbərsiz.
Mən səni sevmişəm səndən xəbərsiz.
kederli qozel
25.3.2009, 5:42
Necə unudum səni?
Könlümün sirdaşısan,
Necə unudum səni?
Gözlərimin yaşısan,
Necə unudum səni?
Ürəyimdə qorundun,
Saçlarımda dən oldun,
Alnımın qırşısan,
Necə unudum səni?
Çəmən yaşıl, göy dəniz.
Ömrə vaxtsız-və`dəsiz
Gətirmisən qışı sən,
Necə unudum səni?
Ürəyimdə qorundun,
Saçlarımda dən oldun,
Alnımın qırşısan,
Necə unudum səni?
Arzuya-kama çatdıq,
Biz bir dünya yaratdıq,
Torpağı mən, daşı sən,
Necə unudum səni?
Ürəyimdə qorundun
Saçlarımda dən oldun
Alnımın qırşısan,
Necə unudum səni?
kederli qozel
25.3.2009, 5:43
Yalvarıram
İnanmıram sevgimiz bir badə şərabmış,
Məhəbbətsiz ötən hər gün inan əzabmış.
Yollarımız çətin ki, hardasa qovuşa,
Bu dünyanın gündüzü gecəsi sovuşa.
Yalvarıram, əzablardan al məni qurtar,
Yuxularda əlimdən tuit özünlə apar...
O dünyada bəlkə ruhumuz qovuşacaq.
Sənsiz ürək qiyamət qoparacaq!
Darıxıram, dünyam sənsiz qürbət olarmış,
Gecə gündüz göylərimiz qəmlə dolarmış...
Yağış yağa bəlkə qəmi kədəri yuya,
Ayrılıqdan bu dünyamız bəlkə də doya!
kederli qozel
4.7.2009, 2:42
F. Kərimova ft. Aqil M Quliyev - Unutma
Darıxıram
Səni görməyəndə darıxıram.
Gördüyüm qadınların heç birinə bənzəmirsən.
Səndə qeyri-adilik var.
Əziyyət çəkirəm
Özümlə danışıram, özümlə vuruşuram
Sənsiz qala bilmirəm.
Yəqin bu məhəbbətdir...
Bir dəfə sənə məktub yazmışdım.
Mən və məktub
Yerlə göy
Mən o məktubu sənə göndərmədim.
Öz hissimə inanırdım
İnanırdım ki, səni inandırmağı bacaracam
İnamımdan niyə döndərirsən məni?
Allahamı yalvarım?
Şeytanamı yalvarım?
Məni düşün
Darıxıram sənsiz.
Özünə əziyyət verib özünü itirəcəksən
Hələ yaşamadığın məhəbbətini itirəcəksən
Yox, bu həvəs deyil
Səninçün yaşamaq istəyirəm
Səninçün.
Hardandı səndə bu üsyan?
Hardandı?
Gec də olsa səninçün yaranmışam.
Yaşamaq istəyirəm
Səninçün yaşamaq istəyirəm.
İnan mənə
Bu məhəbbətdir...
Flora Kərimova:
Dəli dolu bir məhəbbət istəyirdim
Gecdir artıq
Mən bir dəfə sevəcəyəm söyləyərdim
Gecdir artıq
Bu sevgiyə çox geçikdin sən
Tənhayam, həsrət bəsimdir
Sən məndən məhəbbət istəmə
Nə deyim, tükənən ömrümə daha qayıtma
Sən boşuna yanma, məni ovutmaz
Bu sevgidən danışma daha
Dinlə məni, batmayaq günaha
Unutma, unutma, unutma
Bu sevgi uzaqdır, unutma
Sönən bir çıraqdır, unutma
Yanan bir varaqdır, unutma
Uçurum var aramızda, sevə bilmərəm
Buza dönmüş bir məkanda açmaz çiçək
Anla bunu..
Sabahımız yoxdur artıq
Dünyamız qaranlıq
Düşün bir anlıq..
Для просмотра полной версии этой страницы, пожалуйста,
пройдите по ссылке.